PƏRDƏLƏRİN YUYULMASI

Pərdələrin yuyulması hansı mərhələlərdən keçir?

İlk növbədə, pərdələrin çirkliliyini nəzərə alaraq, lazım gələrsə, əvvəlcə xüsusi hazırlanmış təmizləyici preparatlarla hazırlanmış su ilə pərdələr islanır. Uzun müddət yuyulmayan pərdələrin çirkdən təmizlənməsi təbii olaraq çətin olacaq.
Yumşalma prosesindən sonra peşəkar pərdə məhsulları ilə maşında yuyulur. Bu proses zamanı zəruri hallarda əvvəlcədən yuyulma da edilə bilər.

Burada diqqət edilməli olan ən vacib məqam pərdənin növü, neçə dərəcədə yuyulacağı və nə qədər müddətə yuyulacağıdır. Bu proqramlar maşına daxil edildikdən sonra avtomatik maşınlarda yuyulma prosesi həyata keçirilir.
Sonra pərdənin xüsusiyyətlərindən asılı olaraq pərdələr quruducuda və ya lazım olduqda isti havalandırılan xüsusi qurutma otaqlarında asılaraq qurudulur.

Qurutma prosesi bitmiş pərdələr pərdənin parça keyfiyyətinə və toxunma keyfiyyətinə görə ütüləmə prosesinə aparılır. Pres ütülərdə və ya düz ütülərdə pərdə ütüləməkdə təcrübəli və peşəkar ustalarımız tərəfindən diqqətlə ütülənir. Ütülənmiş pərdələr pərdənin növünə uyğun olaraq səliqəli qatlanır və ya asılqandan asılılır və təhvilə hazırdır. Təmizlənmə prosesi tamamlanan pərdələr peşəkar pərdə yığma komandamız tərəfindən yığılır.

Pərdələrin təmizlənməsi xidmətləri
Müştəri Məmnuniyyətiniz. Müştəri məmnuniyyəti sorğusu sizin xidmətimizlə bağlı rəy və təklifləri təşkil edilir. Arzu edən istənilən müştəri saytımızda müştəri məmnuniyyəti sorğusunu doldura bilər. Sorğu formasını dolduran müştərilərimizə öncədən minnətdarlığımızı bildiririk. Zəhmət olmasa Müştəri Məmnuniyyəti Anketimizi doldurun.

QEYD: Müştərilərin təmizlənməyə ehtiyacı olan pərdələrinin əvəzi olaraq müvəqqəti asılan pərdələrin əlavə xidmətini də təqdim edirik. Xidmet pulsuzdur.